Sumqayıtda 68 yaşlı qadın qəfildən vəfat etdi

14 Avqust 2019 08:40 (UTC+04:00)

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

Şəhərin 12-ci mikrorayon ərazisində yerləşən 33 nömrəli yataqxanada 1951-ci il təvəllüdlü Əzizə Hacıyeva qəfildən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparır. (APA)