Rusiyada ağır yol qəzası - 5 ölü, 6 yaralı var

14 Avqust 2019 03:30 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarının Ust-Labinski rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“RİA Novosti”yə istinadla xəbər verilir ki, qəza Temryuk-Krasnodar-Kropotkin avtomobil yolunda qeydə alınıb.

Bölgənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 4 nəfər hadisə yerində ölüb.

Yaralılar arasında olan bir azyaşlı isə reanimasiyada dünyasını dəyişib.

Regional Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, xəsarət alanlar Ust-Labinski Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onların müayinəsi davam edir. (APA)