Pirallahıda 41 yaşlı kişi intihara cəhd edib

14 Avqust 2019 03:53 (UTC+04:00)

Pirallahı rayonunda 41 yaşlı kişi intihara cəhd edərək özünə xəsarət yetirib.

Hadisə rayonun Təzə sahə deyilən ərazidə qeydə alınıb. Belə ki, 1978 təvəllüdlü Hüseynov Xaqani Həmid oğlu küt alətlə özünə xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ saitin kəsilmiş yarası diaqnozu qoyulub və ambulator yardım göstərilib. (Report)