Rusiyada yaşayan həmvətənimiz Azərbaycana gəlmək üçün 1 000 dollar ödədi

14 Avqust 2019 11:36 (UTC+04:00)

Rusiyanın Bryansk vilayətinin sakini, əslən azərbaycanlı bir şəxs vətəninə gəlmək üçün 67,5 min rubl (təxminən, 1 000 ABŞ dolları) pul ödəməli olub.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, bu məbləğ vergi borcuna görə ödənilib.

Belə ki, həmvətənimiz vergi öhdəliyini vaxtında ödəmədiyi üçün ölkədən çıxışına qadağa qoyulub. O, isə bundan sərhədi keçəndə xəbər tutub və vergi borcunu ödəmək məcburiyyətində qalıb.(Report)