Ronaldo Messi ilə fərqindən danışdı

14 Avqust 2019 13:09 (UTC+04:00)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.

Ronaldo bununla bağlı belə deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".

Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da deyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar". (Trend)

AzNews.az