Bir mənzilə yüzlərlə müştəri çıxdı – 300 metrlik növbə yarandı

14 Avqust 2019 15:21 (UTC+04:00)

İsveçrənin Sürix şəhərində bir mənzili kirayəyə götürmək üçün yüzlərlə insan növbəyə durub.

AzNews.az bildirir ki, bu barədə “The Local” yazır.

Obyektə bu cür böyük marağı evin olduqca ucuz qiymətə - ayda 1,148 min franka kirayəyə (təxminən 2 min AZN – red.) verilməsi olub. Halbuki, Sürixdə analoji mənzilin orta kirayə qiyməti 2,3 min frank (4 min AZN – red.) təşkil edir.

Məlumata əsasən, mənzilin qarşısında potensial kirayəşinlərdən ibarət 300 metrlik növbə yaranıb.

Qeyd edək ki, Sürix dünyanın ən bahalı daşınmaz əmlak bazarlarından biri hesab edilir.

AzNews.az