Qapı körpənin üstünə aşdı - Azərbaycanda bədbəxt hadisə

14 Avqust 2019 15:37 (UTC+04:00)

Balakəndə azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə bu gün səhər saatlarında rayonun Hənifə kəndində qeydə alınıb.

Kənd sakini, 2012-ci il təvəllüdlü Ağaşah Qurban oğlu Qoçiyev yaşadığı evin həyətində oynayarkən hasara söykənmiş dəmir qapı onun üstünə aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Qoçiyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır. (APA)