Əmək pensiyasının minimum məbləği 200 manat oldu - Prezident təsdiq etdi

14 Avqust 2019 17:59 (UTC+04:00)

Əmək pensiyasının minimum məbləği 200 manat məbləğində müəyyən olunub.

Prezident İlham Əliyev bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.