Ağsuda FACİƏ - Oğul atası sürən avtomobildən yıxıldı, təkərin altında qalıb öldü

14 Avqust 2019 19:17 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Aznews.az-a verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılıb və arxa təkərin altında qaldığından ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.