"Neftçi"nin futbolçusu: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq"

14 Avqust 2019 21:08 (UTC+04:00)

Bunu "Neftçi"nin futbolçusu Dario Frederiko İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

28 yaşlı hücumçu artıq rəqibi yaxşı tanıdıqlarını bildirib: "Çalışacağıq ki, Azərbaycana yaxşı nəticə ilə qayıdaq.

Braziliyalı vinger özünün əsas xüsusiyyətlərindən birinin driblinq etmək olduğunu söyləyib. O deyib ki, rəqib yenə qapansa, bu oyununa üstünlük verəcək.

Qeyd edək ki, avqustun 15-də Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2. (Report)