Sabirabadda qəza - 2 ölü, 4 xəsarət alan var

15 Avqust 2019 08:15 (UTC+04:00)

Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

"Kia" və "QAZ 24" markalı avtomobillərin toqquşduğu hədisə zamanı iki nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Yol qəzasının təfərrüatları araşdırılır. (APA)