Tramp Çin prezidentinə görüşməyi təklif etdi

15 Avqust 2019 08:43 (UTC+04:00)

“Çin əlbəttə bir müqavilə bağlamaq istəyir, lakin öncə Honq Konq problemləri ilə insani bir şəkildə maraqlansınlar”.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün “Twitter” hesabında yazaraq, Çin dövlət başçısı Si Cinpinə müraciət edib.

“Mən Sini çox yaxşı tanıyıram. Özü xalqı tərəfindən çox hörmət edilən böyük bir liderdir. “Sərt biznes” aparmağı da bacarır. Heç şübhəm yoxdur ki, əgər dövlət başçısı Si, Honq Konq problemini sürətli və insani bir şəkildə həll etmək istəsə, bunu bacarar. Bu mövzuda bir görüş keçirək?”, - Tramp Siyə səslənib.

Xatırladaq ki, Çinin Honq Konq Xüsusi Administrativ Bölgəsində nümayişçilər, Honq Konqda barəsində hökm çıxarılmış və ya günahlandırılan şəxslərin Çinə, Makao Xüsusi Administrativ Bölgəsinə və Tayvana qaytarmasını asanlaşdıran qanun layihəsinə etiraz edirlər.

AzNews.az