Meksika sahillərində güclü zəlzələ oldu

15 Avqust 2019 03:51 (UTC+04:00)

Meksikanın Sakit okean sahillərində güclü zəlzələ olub.

Bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, 5,8 maqnitudalı zəlzələ Kabo-San-Lukas şəhərinin 275 kilometrliyində və 10 km dərinlikdə qeydə alınıb.

İtki və dağıntı barədə hələlik bir məlumat yoxdur. (APA)