Serenay Sarıkayanın sirri üzə çıxdı

15 Avqust 2019 10:38 (UTC+04:00)

Dörd aydır “Alice” musiqili teatrının baş rolunu canlandıran türk aktrisası Serenay Sarıkaya yeni mövsümün məşqlərinə başlamazdan əvvəl tətilə gedib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Serenay “mavi turdan” çəkilən ağ-qara fotolarla sosial medianın gündəminə düşüb.

Hər zaman formada görünən Serenay Sarıkayanın sirri belə açıqlanıb:

"Yay-qış gündə bir saat üzür və gəzir. Yogadan heç vaxt vaz keçmir. Un, duz və şəkərdən uzaqdır. Tərəvəz və protein tərkibli qidalara üstünlük verir".

Səidə Vahid

AzNews.az