Bayram tətilində 50 nəfər öldü - Türkiyə DİN-indən rəsmi açıqlama

15 Avqust 2019 14:22 (UTC+04:00)

10-14 avqust 2019-cu il tarixində 5 günlük Qurban bayramı tətilində 33 bölgədə 50 nəfər həyatını itirib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Türkiyənin Daxili İşlər nazirliyi yayıb.

Məlumata əsasən, baş verən qəzalar ötən mövsümdəki bayram tətilinə nisbətən xeyli azalıb.

Mənbə bildirir ki, ölkə ərazisində 45 ölümcül yol qəzası qeydə alınıb.

Mehri Qurbanova

AzNews.az