PKK-ya daha bir zərbə - 11 nəfər həbsə atıldı

15 Avqust 2019 16:54 (UTC+04:00)

Türkiyənin Mardin bölgəsində terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatda 11 nəfər həbs edilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, basqın eyni vaxtda 5 ərazidə baş tutub.

Mardin prokurorluğu PKK-nın gənclər təşkilatı ilə bağlı istintaq apararkən 11 nəfərin izinə düşüb.

Əməliyyatdan sonra saxlanılan şüphəlilər haqqında istintaq davam edir.

Mehri Qurbanova

AzNews.az