Fatih Ürek xəstəxanalıq oldu

16 Avqust 2019 11:15 (UTC+04:00)

Türkiyənin tanınmış müğənnisi Fatih Üreyin sağlamlığında problem yaranıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bodrumda konsertlər verən Fatih Üreyin gərgin iş rejiminə görə səhhəti pisləşib.

O, 40 dərəcə temperaturla Bodrumda özəl xəstəxanalardan birinə aparılıb.

Xəstəxanada nəzarətdə olan F.Ürek özünə gəldikdən sonra sosial şəbəkədə paylaşım edib:

"Bu qədər işləmək. Olacağı bu imiş".

Gül Qədirli

AzNews.az