Türkiyədə azərbaycanlı gəncin meyiti tapıldı

16 Avqust 2019 13:03 (UTC+04:00)

Azərbaycanlı gəncin Türkiyənin İzmir şəhərində dənizdə meyiti tapılıb.

Türkiyə dəniz polisi tərəfindən 29 yaşlı Rövşən Nəcəfovun meyiti sudan çıxarılaraq İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.

Qeyd edək ki, R.Nəcəfovun meyiti Niyazi Öşme adlı balıqçı tərəfindən tapılıb. (Unikal.org)