"Məzahir Pənahov növbəti dəfə faktları təhrif edir“

11 May 2013 19:20 (UTC+04:00)
Ümid Partiyası sədrinin seçki və təbliğat məsələləri üzrə müavini Taleh Əliyev Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun "Azərbaycanda seçki komissiyaları ölkə qanunvericiliyinə uyğun şəkildə ədalətli formatda formalaşıb" fikrinə münasibət bildirib.

"Qafqazinfo"nun məlumatına görə, partiyanın mətbuat xidmətinə açıqlamasında Məzahir Pənahovun növbəti dəfə faktları təhrif etməklə məşğul olduğunu bildirib: "Seçki komissiyaları necə ölkə qanun vericiliyinə uyğun formalaşıb ki, Ümid partiyası ilə MSK arasındakı məhkəmə çəkişməsi hələ də başa çatmayıb? İyun ayında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisad Kollegiyasında Akif Qurbanovun MSK-nın qanunsuz hərəkətinə dair qaldırdığı iddiaya baxılacaq.

Seçki komissiyaları nəinki ölkə qanunvericiliyinə uyğun heç MSK üzvləri tərəfindən təsdiq olmuş qaydalara da uyğun formalaşmayıb. Belə ki, MSK-nın 19 iyul 2011-ci il tarixli 4/10 saylı qərarı ilə Dairə Seçki Komissiyalarının tərkibi müəyyən edilmişdir. Həmin qərara əsasən DSK-nın 9 üzvdən 3 üzvü namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən komissiya üzvləri, tərəfindən müəyyən edildiyi halda, Naxçıvan MR-da olan 1-7 saylı DSK-larının 3 üzvünü MSK-da siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim etmişlər. Lakin Ümid partiyasının nə sədrinin təqdimatı, nə də Naxçıvanda olan yerli təşkilatının rəyi nəzərə alınmayıb.

Belə ki, Milli Məclisdə azlıqda olan partiyaların MSK-dakı təmsilçiləri arasında gəlinən razılaşmaya əsasən Ümid Partiyasının nümayyəndəsi Akif Qurbanov 58 seçki dairəsi üzrə dairə seçki komissiyasının formalaşmasında iştirak etmək hüququ əldə olunub. Lakin Naxçıvan MR-nın rəhbərliyini təzyiqi ilə həmin razılaşma pozulmuş və Naxçıvan MR ərazisində yerləşən 2 və 4 saylı seçki dairələri üzrə təmsilçilik hüququmuzun reallaşmasına imkan verilməyib. 2 və 4 saylı seçki dairələrində Akif Qurbanovun və partiya sədrinin təqdimatına əsasən Elman Abbasov və Həkimeldostu Mehdiyevin namizədliyi olub. Nəticə etibarilə Ümid Partiyası həmin ərazidə MnSK üzvləri kimi də təmsil olunmaqdan məhrum olunmuşdur. Eyni zamanda 125 DSK üzrə keçirilən azlıq adına katiblərin seçimi də əksər dairələrdə qanunsuz olaraq yerli icra strukturlarının müdaxiləsi ilə həyata keçirilib və nəticə etibarilə bərabərlik prinsipi, katiblərin siyasi partiya adına təmsilçilik norması pozularaq seçilənlər arasından ən az Ümid Partiyası adına təmsil olunan nümayəndələr olub.

Həmçinin bir cox rayonlarda DSK üzvlüyündə təmsil olunsaq da MnSK larda təmsilçilik bir başa yerli İcra hakimiyyət rəhbərlərinin göstərişilə mümkun olmamaışdır: Bakının Sabunçu, Sumqayıt, Kürdəmir, Lerik, Göyçay, Qax, Zaqatala ərazisində yerləşən məntəqələrin heç birində təmsilçiliyimizə imkan verilməmişdir. Əksəriyyət rayonlarda isə secki məcəlləsinin tələblərinə zidd olaraq bölgüdə Ümidə düşəcək yerlər az sayda verilmiş və daha çox hakimiyyət yönlü partiyalar arasında bölüşdürülmüşdür. Digər biabırçı fakt isə ondan ibarətdir ki, hansı DSK-da Ümid təmsil olunmursa partiyanın heç bir rəsmi nümayəndəsinin təqdimatı olmadan Ümid partiyasına aid olmayan şəxslərin, DSK və İcra hakimiyyətinə yaxın şəxsləri yalandan Ümid adına MnSK-lara adlarını yazmışlar. Bu məsələ hazırda Partiya rəhbərliyi səviyyəsində araşdırılır və nəticələri barədə ictimaiyətə ətraflı məlumat veriləcəkdir.

Ortada bu qədər fakt olduğu halda necə iddia etmək olar ki, Azərbaycanda seçki komisiyaları ölkə qanunvericiliyinə uyğun şəkildə ədalətli formatda formalaşıb. Məzahir müəllim bu barədə heç danışmasaydı daha yaxşı olardı."


AzNews.az