Nazir şöbə rəisini vəzifədən azad etdi

16 Avqust 2019 17:57 (UTC+04:00)

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin rəisi Fuad Dadaşov vəzifəsindən azad edilib.

F.Dadaşov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Nazirliyin Mətbuat xidməti faktı təsdiqləyib. (Report)