Gəlininin xəyanət etdiyini öyrəndi, oğlu ilə birlikdə onu belə cəzalandırdı

17 Avqust 2019 09:13 (UTC+04:00)

İzmir şəhərinin Dikili bölgəsində dəhşətli hadisə baş verib.

AzNews.az xəbər verir ki, qayınata 21 yaşlı gəlinini ov tüfəngi ilə qətlə yetirib.

Belə ki, Z.E. həyat yoldaşı E.K. ilə yola getmədikləri üçün boşanıblar. Bir müddət sonra E.K. atası Ö.E. ilə keçmiş arvadının evinə gedib. Keçmiş gəlini ilə mübahisə edən qayınata ona odlu silahdan atəş açıb. 21 yaşlı 2 uşaq anası xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Ö.E. polisə ifadəsində gəlininin oğluna xəyanət etdiyi üçün bu addımı atdığını bildirib.

Aynur

AzNews.az