Aybəniz Haşımovanın gənclik Fotosu

17 Avqust 2019 09:29 (UTC+04:00)

Əməkdar artist Aybəniz Haşımova gənclik fotosunu uzləyiciləri ilə bölüşüb.

AzNews.az xəbər verir ki, o, paylaşıma "Heyf səndən gəncliyim" qeydini edib.

Sənətçi gəncliyindən bu yana atılan bütün addımlarını uğurlu hesab etdiyini də fotoya əlavə edib.

"Gəncliyimin bütün addımları uğurlu və yaddaqalan olub. Şükür bu gün də hər addımımız uğurludur. Sadəcə cizgilər yaşlandıqca insan kövrəlir" deyə bildirib.

İzləyicilər fotonu bəyənib. Onun indi daha gözəl olduğunu deyiblər.

Aynur

AzNews.az