Aktrisa 20 kilo kökəlib?

17 Avqust 2019 11:18 (UTC+04:00)

Sevilən türk aktrisası Nurgül Yeşilçay 27 mart 2020-ci ildə yayımlanacaq “Mahalleden Arkadaşlar” filmində baş rol alıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, o, tərəf müqabili Alper Kulun oynadığı “Eko”-nun çox qorxaq arvadı “İko”-nu canlandıracaq.

İki ulduz da rolları üçün dəyişməli olub. Alper Kul pariki və qalın bığları ilə “90lar kişisi" olub.

Nurgül Yeşilçay isə paltarının altına geyindiyi özəl geyim və makiyaj ilə 20 kilo kökəlib.

Səidə Vahid

AzNews.az