Çində mədəndə partlayış: 27 ölü

12 May 2013 07:15 (UTC+04:00)

Məlumata görə, hadisə nəticəsində 16 nəfər xəsarət alaraq xəstəxanalara yerləşdirilib. 81 nəfər fəhlə xilas edilib.

Bundan əvvəl, mayın 11-də Quycou vilayətində də şaxtada partlayış olub. Faciə nəticəsində 12 fəhlə ölüb, 2 nəfər yaralanıb.

Çinin dağ-mədən sənayesi dünyada ən təhlükəli sayılır. Hər il müxtəlif hadisələr nəticəsində mədənlərdə minlərlə fəhlə ölür.

AzNews.az