Toy karvanında qəza - Yaralı var

17 Avqust 2019 14:17 (UTC+04:00)

Quba rayonunda toy karvanında qəza baş verib.

Hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az