İran qaz istehsalını artırdı

17 Avqust 2019 18:25 (UTC+04:00)

İranın Şərq Neft-Qaz İstismarı Şirkəti istehsalı cari ilin əvvəlindən indiyədək 103% artırıb.

Bunu İranın Şərq Neft-Qaz İstismarı Şirkətinin icra direktoru Əbülhəsən Məhəmmədi deyib.

Ə.Məhəmmədinin sözlərinə görə, ötən il ümumilikdə qaz istehsalı 100% artmışdı:

“Hazırda şirkətdə gündəlik 62 milyon kubmetr qaz istehsal olunur. Bu qədər qazın istehsalı gündəlik 350-400 min barel neftə bərabərlik edir”.(trend.az)

AzNews.az