Tanınmış animator dünyasını dəyişdi

17 Avqust 2019 19:36 (UTC+04:00)

Britaniyalı animator, kino və multiplikasiya rejissoru Riçard Uilyams dünyasını dəyişib.

“Daily Mail” xəbər verir ki, rejissor 86 yaşında Bristoldakı evində ölüb.

Qeyd edək ki, Riçard Uilyams 3 dəfə “Oskar”, bir dəfə isə “Bafta” mükafatına layiq görülüb.(qafqazinfo.az)

AzNews.az