ABŞ Türkiyədəki terror aktlarını pislədi

12 May 2013 08:09 (UTC+04:00)


APA-nın xəbərinə görə, müvafiq bəyanatla Türkiyənin ABŞ-dakı səfiri Frensis Rikkardone çıxış edib.

"ABŞ törədilən hücumları qəti şəkildə pisləyir və günahkarların müəyyən olunub məhkəmə qarşısına çıxarılmasında Türkiyə xalqı və hökumətinə dəstək vermək niyyətindədir", deyə Frensis Rikkardone bəyanatında qeyd edib.

Qeyd edək ki, Türkiyənin Suriya ilə həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktı nəticəsində ölənlərin sayı getdikcə artır. APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ölənlərin sayının 42-a çatdığını açıqlayıb. Yaralıların sayı təxminən 140 nəfərdir, onlardan 20-dən çoxunun durumu ağırdır.

Terror aktları içərisinə partlayıcı maddələr yerləşdirilmiş 2 avtomobil vasitəsilə Reyhanlının mərkəzindəki Atatürk prospektində yerləşən bələdiyyə və poçt binalarının qarşısında törədilib.

AzNews.az