Pakistanda sel və daşqınlar 7 can aldı

17 Avqust 2019 21:05 (UTC+04:00)

Kəşmirin Pakistanın nəzarətində olan hissəsində sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb.

DawnNews saytı xəbər verir ki, yüksək dağlıq ərazilərdə 3 saatdan çox davam edən leysan yağışları daha 6 nəfərin yaralanmasına və bir neçə sakinin itkin düşməsinə səbəb olub. Axtarış-xilasetmə işlərinə Pakistan ordusunun əsgərləri cəlb olunub.

Sel və daşqınların Pothi Çapriyan Hiloti yaşayış məntəqəsində dağıntılara səbəb olduğu qeyd olunur. Burada evlər suyun altında qalıb. Ölənlərin 5 nəfəri azyaşlılardır.

2019-cu ildə Kəşmirdə 43 nəfərin sel və daşqınların qurbanı olduğu da bildirilir.(AZƏRTAC)

AzNews.az