Məşhur reper futbol komandası alır

17 Avqust 2019 22:55 (UTC+04:00)

Məşhur reper və iş adamı Jay Z futbol komandasını satın alır.

Dünyaşöhrətli müğənni Beyonsun həyat yoldaşı biznesini genişləndirmək niyyətindədir. Söhbət NFL komandalarından birinin səhmlərinin "əhəmiyyətli payı"ndan gedir.

Reperin hansı komandanı idarə edəcəyi dəqiqləşdirilməyib.

Bununla yanaşı, TMZ razılaşmanın tezliklə baş verəcəyini yazıb. Məlumatda bildirilib ki, Jay komandanın inkişafı və transformasiyası ilə şəxsən özü məşğul olmaq istəyir.

Repçinin "idmançıları idarə etmək" kimi təcrübəsi kifayyət qədər yüksəkdir. Bundan öncə o, "Brooklyn Nets" basketbol komandasının şəriki olub. Jay Z 2004-cü ildə bir milyon dollar qarşılığında oyunçuların tərkibində ciddi dəyişikliklər etməyən bir hissəni alıb. 9 il sonra isə onu ikiqat baha qiymətə - 2.35 milyon dollara satıb.

Xatırladaq ki, bu il Jay Z ilk milyarder olub. Bu imkana bir neçə biznes layihəsini səmərəli şəkildə idarə etməklə sahiblənib. Musiqi biznesi ilə yanaşı, Jay Z "Armand de Brignac" şampan markasının həmtəsisçisidir. O, Bacardi ilə ortaq əməkdaşlıq şəraitində yaradılan "D'ussé" konyak markasına da investisiya qoyub.

Jay Z digər markalara da uğurla investisiya qoyur. Repçi "Rocawear" adlı geyim brendinin təsisçisidir. "Uber" taksi xidmətində pay sahibi olan biznesmenə "Tidal" musiqi tətbiqetmə proqramının bir payı məxsusdur. İş adamı uğurla qurduğu "Roc Nationa" əyləncə şirkətinin də sahibidir.(oxu.az)

AzNews.az