İsraildə kütləvi etiraz

12 May 2013 08:21 (UTC+04:00)



Lent.az-ın məlumatına görə, aksiya mayın 11-də (Bakı vaxtı ilə 23.00-da) başlayıb. Mitinqə ilk öncə 2 minədək etirazçı qatılıb, ancaq çox qısa vaxt ərzində aksiya iştirakçılarının sayı xeyli artıb. Uyğun aksiyalar ölkənin Qüds, Hayfa və daha bir neçə şəhərində də keçirilib.

Mitinq iştirakçıları maliyyə naziri Yair Lapidanın ciddi büdcə qənaəti çərçivəsində ölkədə gəlir və əlavə dəyər vergilərini artırmaq niyyətinə etiraz edib.

Mayın 13-də hökumətin yeni büdcə layihəsini müzakirəyə çıxaracağı gözlənilir.

AzNews.az