“Qəbələ” ölkə çempionatına məğlubiyyətlə başladı

17 Avqust 2019 23:30 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turun daha bir qarşılaşması oynanılıb.

Ötən mövsüm ölkə kubokunun qalibi olan "Qəbələ" finalda məğlub etdiyi "Sumqayıt"ı qəbul edib.

Rauf Cabbarovun idarə etdiyi matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Qəbələ şəhər stadionunda təşkil olunmuş matçda hər iki qolu qonaq komandanın yeni transferi Mehdi Şərifi vurub. Açılış oyunundakı kimi, yenə qırmızı vərəqə qeydə alınıb. "Qəbələ"nin futbolçusu Asif Məmmədov matçın sonlarında meydandan qovulub.

Bu, "Sumqayıt"ın "Qəbələ" üzərində ilk səfər qələbəsi olub.

Turun açılış matçında "Keşlə" "Qarabağ"a 0:1 hesabı ilə uduzub. Meydan sahibləri Emin Mehtiyevin qırmızı vərəqə alması səbəbindən oyunu azlıqda başa vurub.

Azərbaycan Premyer Liqası, I tur

17 avqust (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt” - 0:2

Qollar: Mehdi Şərifi, 13; 29

Qırmızı vərəqə: Asif Məmmədov, 84 ("Qəbələ")

Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Qəbələ şəhər stadionu

Qollar: Mehdi Şərifi, 13, 29

Qırmızı vərəqə: Asif Məmmədov, 84-iki sarı vərəqə ("Qəbələ") (report.az)

AzNews.az