Ağsuda 4 yaşlı uşağı avtomobil vuraraq öldürüb

18 Avqust 2019 02:14 (UTC+04:00)

Ağsu rayonunda piyadanın ölümü nəticələnən ağır yol qəzası baş verib.

H.Əliyev prospektində "Niva" markalı minik maşını 4 yaşlı yerli sakin Məmmədova Nəzrin Elimağa qızını vurub.

Zərbənin təsirindən ağır xəsarət alan azyaşlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)

AzNews.az