Bakıda qadın kafedə müştərilər tərəfindən döyülüb

18 Avqust 2019 04:47 (UTC+04:00)

Qaradağ rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Günel Əhmədova işlədiyi kafedə müştərilərlə mübahisə edib. Nəticədə o iki naməlum kişi tərəfindən döyülüb.

Yaralı xəstəxanaya yerləşdirilib. Zərərçəkən bu barədə Qaradağ Rayon Polis İdarəsinə şikayət edib.

Faktla bağlı araşdırma aparılır. (apa)

AzNews.az