Qazaxıstanda 5,4 maqnituda gücündə zəlzələ olub

18 Avqust 2019 07:21 (UTC+04:00)

Qazaxıstanın cənub-şərqində Alma-Atı vilayətində 5,4 maqnituda gücündə zəlzələ olub.

Bu barədə RİA “Novosti” Respublika Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla 5.07-də (Bakı vaxtı ilə 03:07-də) qeydə alınıb, episentr Alma-Atıdan 145 km məsafədə yerləşib.

“Zəlzələnin energetik sinfi 12,8-dir. Onun ocağı 5 km dərinlikdə olub”, - Nurəhmədov bildirirb.

O qeyd edib ki, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

AzNews.az