Argentina Prezidenti yeni maliyyə naziri təyin edib

18 Avqust 2019 09:02 (UTC+04:00)

Argentina Prezidenti Maurisio Makri Buenos-Ayres əyalətinin iqtisadiyyat naziri Ernan Lakunsanı ölkənin Maliyyə Nazirliyinin başçısı təyin edib.

Argentina lideri bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

"Mən Ernan Lakunsanı Maliyyə Nazirliyinə rəhbərlik etməyə çağırdım. Bugünədək o, Buenos-Ayres əyalətində nazir postunu tutub və orada böyük işlər görüb", - deyə Makri bildirib.

Daha əvvəl Nikolas Duxovnı ölkənin Maliyyə naziri postundan getdiyini bəyan edib. (“Report”)

AzNews.az