Kabildə toyda partlayış zamanı ölənlərin sayı 63 nəfərə çatıb

18 Avqust 2019 09:21 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabil şəhərində keçirilən toy mərasimi zamanı baş vermiş partlayış nəticəsində ölənlərin sayı 63, xəsarət alanların sayı isə 182 nəfərə çatıb.

Bu barədə “Reuters” Əfqanıstanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, “Taliban” hərəkatı törədilən terrorla əlaqəsi olmadığını bildirib.

İlkin məlumata görə, hadisəni terrorist özünü partladaraq törədib.

AzNews.az