Bakı metrosunda sərnişinin halı pisləşib

18 Avqust 2019 11:29 (UTC+04:00)

Bakı metrosunda orta yaşlı qadının halı pisləşib.

Hadisə "28 May" və "Nizami Gəncəvi" metrostansiyaları arasında hərəkət edən qatarda baş verib.

Qatar "Nizami Gəncəvi" stansiyasına çatdıqdan sonra, qadın vaqondan düşürülərək tibb işçilərinə təhvil verilib.

Hazırda qadına tibbi yardım göstərilir. (report)

AzNews.az