Türkiyədə ağır yol-nəqliyyat hadisəsi: avtobusla yük maşını toqquşub

18 Avqust 2019 11:28 (UTC+04:00)

Türkiyədə Bolu dağ ilə Ankara arasındakı şosedə, Düzcə adlanan yerdə sərnişin avtobusu ilə ağır tonnajlı yük avtomobili toqquşub.

Anadolu agentliyi xəbər verir ki, qəzada 37 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağırdır. Yaralananlar xəstəxanalara yerləşdiriliblər.

Hadisə ilə bağlı istintaq başlayıb. (oxu.az)

AzNew.az