Hindistanda 20 nəfər sel və daşqınların qurbanı olub

18 Avqust 2019 20:33 (UTC+04:00)

Bu barədə "Times of India" məlumat yayıb.

Bildirilir ki, ştatın paytaxtı Şimlada 8 nəfər həyatını itirib.

Torpaq sürüşməsi və selə görə 14-ü magistral olmaqla bütövlükdə 600-dən artıq yol bağlanıb. 1,4 mindən çox insanın xilasedicilərin köməyinə ehtiyacı var. Hazırda isə ştatın 530-dən çox vətəndaşı evakuasiya olunub. (Report)