Bakıda iki əcnəbi dənizdə batmaq təhlükəsi ilə üzləşib

18 Avqust 2019 22:55 (UTC+04:00)

Aznews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xarici ölkə vətəndaşı xilas olunub.