ABŞ-Almaniya münasibətləri niyə pisləşib?

19 Avqust 2019 09:35 (UTC+04:00)

Hazırda ABŞ ilə Almaniya arasında münasibətlər müxtəlif səbəblərdən ən aşağı səviyyədədir.

"Lenta.ru" xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazıb.

Nəşr iddia edir ki, Vaşinqtonla Berlin arasındakı münasibətlər iqtisadiyyat və siyasətdə fərqli mövqelər səbəbindən, eləcə də İran məsələsində yaranmış fikir ayrılığına görə pisləşməyə başlayıb.

Qeyd olunur ki, ABŞ-ın Riçard Qrenelli Almaniyaya səfir təyin etməsindən sonra iki ölkə arasında diplomatik sükut yaranıb.

Hesab edilir ki, bu, diplomatın davranışının nəticəsidir.

Xatırladaq ki, R.Qrenell Berlində səfir kimi fəaliyyətə başlayandan sonra Almaniyanı İran məsələsindəki mövqeyinə və "Şimal axını-2" layihəsinə görə tənqid edib.(oxu.az)

AzNews.az