Türkiyədə terror qurbanlarının sayı 43-ə çatıb

12 May 2013 10:01 (UTC+04:00)
Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində bələdiyyə binasının yaxınlığında və şəhərin mərkəzində ardıcıl 4 güclü partlayış baş verib


Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayışlar nəticəsində 43 nəfər ölüb, 100 nəfərdən çox xəsarət alıb.
Qeyd edək ki, hadisə nəticəsində bələdiyyə binası, həmçinin yaxınlıqdakı çox sayda bina və avtomobil zərər görüb.

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər ötən gün saat 13:55 radələrində Reyhanlı bələdiyyə binasının qarşısında 2 bomba yüklü avtomobilin partladığını bildirib.

AzNews.az