Musa Yaqubdan xəbər var

19 Avqust 2019 13:37 (UTC+04:00)

Xalq şairi Musa Yaqubun səhhəti normaldır.

Bu barədə AzNews.az-a bədii-qiraətçi Pünhan İsmayıllı məlumat verib.

Onun sözlərinə görə, şair nəvə-nəticələri ilə birlikdə İsmayıllı rayonundadır:

“Onun övladları və nəvələri xaricdə yaşayır. Yay fəsli olduğundan hamısı İsmayıllıya dincəlməyə gəlib. Hazırda bütün ailə bir yerdədir. Hətta balaca bir nəticəsi var - Musa - onu da gətiriblər. Şair Musa ilə nəfəs alır. Rahat yaşayır, danışır. Havalar soyuyana kimi şair İsmayıllıdakı evindədir. Gedib-gələnlərinin sayı da çox. Sağ olsunlar, əziyyət çəkirlər. Bunlar şairə olan sevgidən irəli gəlir”.

Qeyd edək ki, xalq şairi Musa Yaqub xeyli müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ

AzNews.az