Bakı metrosunda həyacan

19 Avqust 2019 14:21 (UTC+04:00)

Səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə AzNews.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu səbəbdən də qatarların hərəkətində 10 dəqiqə fasilə yaranıb:

“"İçərişəhər" stansiyasında texniki səbəblərdən qatarın depoya yola salınması və yerinə qatar verilməsi nəzərdə tutulsa da, qatara baxış keçirən təlimatçı-maşinist hər hansısa nasazlıq olmadığını müəyyən edib. Onun qərarına əsasən, qatar xətdə saxlanılıb. Bu səbəbdən bütün xətt boyu qısa müddət ərzində 10 dəqiqəlik gecikmə qeydə alınıb”.

Bahar RÜSTƏMLİ

AzNews.az