Metroda yanğın : 30 min adam yolda qaldı

12 May 2013 11:41 (UTC+04:00)


Yanğın "Sibuya" stansiyasının yeraltı hissəsində olan restoranlardan birinin mətbəxində başlayıb. Orada olanların bir hissəsi təxliyyə edilib. Hadisə yerinə 14 yanğınsöndürmə briqadası gəlib.

Hadisə nəticəsində kimsə xəsarət almayıb. Lakin qatarların hərəkəti 1 saatdan da çox dayandırılıb. 30 min sərnişin yolda qalıb.

AzNews.az