G7 sammitində təhlükəsizliyi 10 min nəfər təmin edəcək

19 Avqust 2019 16:22 (UTC+04:00)

Fransanın hüquq-mühafizə orqanları Biarrits şəhərində keçiriləcək "Böyük yeddilik" (G7) sammitində təhlükəsizliyi təmin etmək məqsədilə 10 mindən çox insanı - polis, jandarma və hərbçiləri səfərbər edib.

Bu barədə TASS xəbər verir.

Fransa KİV-inin məlumatına görə, sammit avqustun 24-26-da keçiriləcək.

Şəhər və onun ətrafında sərt güc tətbiqi, o cümlədən nümayişlərin dağıdılması üçün nəzərdə tutulmuş Fransa polisinin 45 ədəd xüsusi bölməsi - "respublika təhlükəsizlik bölüyü" (CRS) yerləşdiriləcək.

Biarritsdə sammit zamanı iki təhlükəsizlik zonası yaradılacaq. Əsas zona olan "qırmızı"ya sahilyanı ərazi - şəhərin əsas hoteli - "Hotel de la Beach", iki kazino, şəhər meriyasının binası daxil ediləcək. Bu zonaya giriş xüsusi vəsiqələrlə olacaq, küçələrdən bütün avtomobillər yığışdırılacaq.

İkinci - "mavi" zonada tədbirlər daha yumşaq olacaq. Oraya şəxsiyyət vəsiqələrini təqdim etdikdən sonra xüsusi icazəsi olan avtomobil sürücülərinin daxil olmasına icazə veriləcək.(report.az)

AzNews.az