Azərbaycana çay idxalı azalıb

19 Avqust 2019 17:46 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında ölkəyə 7 min 379 ton çay idxal olunub.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, idxal edilən çayın dəyəri 28 milyon 746 min ABŞ dollarıdır.

Xatırladaq ki, ötən ilin eyni dövründə dəyəri 29 milyon 119 min dollar olmaqla 7 min 494 ton çay idxal edilib.(AZƏRTAC)

AzNews.az