Bununla bağlı Prezident İlham Əliyev “Sığorta fəaliyyəti haqqında” Qanununda dəyişiklikləri təsdiqləyib.
Belə ki, Qanuna 1.1.2-1-ci, 1.1.2-2-ci və 1.1.3-1-ci maddələr əlavə edilib:
Müştərək sığorta fondu – fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusu;”;
Müştərək sığortaçı – müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçı;”.
Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. (APA)