Zaqatalada bazar ərazisində yanğın olub

19 Avqust 2019 20:38 (UTC+04:00)

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğınsöndürənlərin səyi nəticəsindən yanğının genişlənərək yaxınlıqdakı sahibkarlara məxsus ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 500 kv/m sahədə kol-kos, tullantılar və quru ot yanıb.

Faktla bağlı araşdırma aparılır. (APA)